“Neftçi”də yeni qolkiper

“Neftçi”də yeni qolkiper

“Neftçi” qapıçı transferini rəsmiləşdirib. Paytaxt klubu Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriçi heyətinə qatıb.

“Neftçi” 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Piriç Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında legioner həyatı yaşayıb. O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. Kenan 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının heyətində 8 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.07.2025

Növbəti yazı

Filip Ozobiç “Turan Tovuz”da