“Neftçi”də ikiqat yubiley

“Neftçi”də ikiqat yubiley

“Sabah”la yarımfinalın cavab oyunundakı heç-heçə “Neftçi” üçün ikiqat yubileylə əlamətdar olub. 1:1 hesablı bərabərlik “ağ-qaralar”ın Azərbaycan kubokunda 40-cı sülhü olub. Paytaxt təmsilçisi 180-ci oyununda bu rəqəmə çatıb.

“Neftçi” həm də 20-ci səfər heç-heçəsini edib. Bu, 82-ci görüşdə qeydə alınıb. Digər sülhlərdən 17-si ev, 3-ü neytral meydana təsadüf edib.

Qeyd edək ki, “ağ-qaralar” kubokun tarixinə həm ümumi, həm ev, həm səfər, həm də neytral meydanda ən çox heç-heçə edən komandadır.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan yeni rekord

Növbəti yazı

“Betis”də yeni müqavilə