“Neftçi”də dəyişikliklər
“Neftçi” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib. Klub amerikalı basketbolçu Ayzeya Cerald Braunla mövsümün sonunadək müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı oyunçunun boyu 187 sm-dir.
Bununla yanaşı, “ağ-qaralar” serbiyalı Sinik Marko və xorvatiyalı Toni Perkoviçlə bağlanmış müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verib.












