“Neftçi”də ciddi itkilər
“Neftçi” Azərbaycan Premyer Liqasının 30-cu turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını yekunlaşdırıb.
Komandanın 4 futbolçusu məşqdən kənarda qalıb.
Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 13-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 19:15-də başlayacaq.