“Neftçi”də ciddi itkilər

“Neftçi”də ciddi itkilər

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununa hazırlığını başa vurub. Komandanın 3 futbolçusu “Sabah”la matçda meydana çıxa bilməyəcək.

“Ağ-qaralar”ın bu gün oyunöncəsi keçirilən son məşqində Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən bu görüşü buraxacaqları dəqiqləşib.

Qeyd edək ki, yanvarın 19-u “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyunu saat 18:30-da başlanacaq.

ETOPAZ

Əvvəlki yazı

“Səbail” səfərdən 3 xalla dönür

Növbəti yazı

“Kəpəz”dən növbəti transfer