“Neftçi”də ayrılıq
“Neftçi”də ayrılıq baş verib. “Ağ-qaralar” Mark Tamaşla yollarını ayırıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib.