“Neftçi”də almaniyalı müdafiəçi

“Neftçi”də almaniyalı müdafiəçi

“Neftçi” mövsümlərarası fasilədə dördüncü transferini reallaşdırıb. Almaniyalı müdafiəçi Robert Bauer komandaya qoşulub.

29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Neftçi”də 23 nömrəli formanı geyinəcək. Bauer müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacarır.

Almaniyada “İnqolştadt”, “Verder”, “Nürnberq” klublarında çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub. Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüyden” klublarının formasını geyinmiş Robert son mövsümü Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib.

ETOPAZ

Əvvəlki yazı

Rüfət Əhmədov “Turan Tovuz”da

Növbəti yazı

“Dnepr-1” avrokuboklardan kənarlaşdırıldı