“Neftçi”də 5 itki

“Neftçi”də 5 itki

“Neftçi” Azərbaycan Premyer Liqasının XVII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını başa vurub. “Ağ-qaralar”ın heyətində 5 futbolçu meydana çıxa bilməyəcək.

Komandanın heyətində Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo zədə üzündən “Kəpəz”ə qarşı forma geyinə bilməyəcəklər. Zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı isə son məşqdə iştirak edib.

Qeyd edək ki, dekabrın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” matçı saat 18:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Mbappe ən yaxşı adına layiq görüldü

Növbəti yazı

“Araz-Naxçıvan”ın yubilyarı mükafatlandırıb