“Neftçi”də 4 itki
“Neftçi” Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”la görüşə 4 itki ilə çıxacaq. Bunu klubun mətbuat xidməti açıqlayıb.
“Ağ qaralar” bu gün oyuna hazırlığı yekunlaşdırıblar. Zədəli Emin Mahmudov məşqdə iştirak etməyib, Azər Salahlı isə fərdi çalışıb. Bu futbolçularla yanaşı cəzalılar – Yuri Matias və Edvin Kuç da “Sumqayıt”la matçı buraxacaqlar.
Qeyd edək ki, sabah Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da start götürəcək.