“Neftçi” “Zenit”ə qalib gəldi
“Neftçi” yoldaşlıq oyunu keçirib. Bakı klubu milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Zenit”lə görüşüb.
“Ağ-qaralar” bu matçda 2:1 hesablı qələbə qazanıb. Reziuan Mirzov Rusiya klubunun qapısına hər hissədə bir qol vurub. Qonaqların heyətində Du Keyruş fərqlənib.
Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda keçirilən qarşılaşmasında meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıb.