“Neftçi” yenə məğlub oldu
Bu gün Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə start verilib. VI tur A qrupunun matçı ilə başlayıb.
Günün ilk qarşılaşmasında “Naxçıvan” “Neftçi”ni qəbul edib. Meydan sahibləri inamlı qələbə qazanıblar.
Qeyd edək ki, turun digər matçlarında sabah “Ordu” “Sumqayıt”ı, dekabrın 13-də “Abşeron” NTD-ni, 1 gün sonra “Gəncə” “Lənkəran”I qəbul edəcək. Tura “Quba” – “Şəki” görüşü ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
VI tur
A qrupu
10 dekabr
15:30. “Naxçıvan” – “Neftçi” – 83:72 (17:17, 27:21, 22:23, 17:11)
“Sərhədçi” İdman Mərkəzi