“Neftçi” yarımfinala yüksəldi

“Neftçi” yarımfinala yüksəldi

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Bu gün son matç keçirilib.

“Neftçi” “Kəpəz”i qəbul edib. Görüşə meydan sahibləri üstün başlayıb. Oyunun startında hesab açılıb. Bassalu Sambu fərqlənib. İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib – 1:0.

Bununla da, “Neftçi” yarımfinalda “Sabah”a rəqib olub.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan inamlı qələbə

Növbəti yazı

Yarımfinal cütləri bəlli oldu