“Neftçi” xal itirdi, “Səbail”dən qələbə
Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün turun daha iki oyunu keçirilib.
Hər iki qarşılaşma Bakıda baş tutub. Autsayderlər qrupunda yer alan “Səbail”lə “Sumqayıt”ın duelində bir qol vurulub. Turan Manafovun 38-ci dəqiqədəki qolu meydan sahiblərinə mövsümdə ikinci qələbəni qazandırıb – 1:0.
Günün son görüşündə “Neftçi” çempionatın debütantı “Turan Tovuz”u qəbul edib. Bakılılar qonaqların müqavimətini qıra bilməyərək ardıcıl ikinci görüşdə xal itirib – 0:0.
Qeyd edək ki, tura sabahkı iki matçla yekun vurulacaq.
1 | Qarabağ | 7 | 7 | 0 | 0 | 24-6 | 21 |
2 | Sabah | 8 | 6 | 1 | 1 | 17-7 | 19 |
3 | Neftçi | 9 | 6 | 1 | 2 | 17-9 | 19 |
4 | Zirə | 9 | 5 | 1 | 3 | 13-16 | 16 |
5 | Qəbələ | 8 | 5 | 0 | 3 | 13-8 | 15 |
6 | Turan Tovuz | 8 | 3 | 2 | 3 | 6-8 | 11 |
7 | Səbail | 9 | 2 | 2 | 5 | 9-12 | 8 |
8 | Kəpəz | 8 | 1 | 1 | 6 | 6-18 | 4 |
9 | Sumqayıt | 9 | 0 | 4 | 5 | 1-11 | 4 |
10 | Şamaxı | 9 | 0 | 2 | 7 | 4-15 | 2 |
Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) – 7 qol