“Neftçi” və “Sabah”dan qələbə

“Neftçi” və “Sabah”dan qələbə

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir. Turun ikinci oyun günündə “Neftçi” “Şamaxı”nın, “Sumqayıt” isə “Sabah”ın qonağı olub.

Şamaxıda keçirilən görüşə “ağ-qaralar” fəal başlayıb. Ardından meydan sahibləri oyunu bərabərləşdirib. Komandaların səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Görüşün taleyini bir qol həll edib. Meydana sonradan çıxan Emin Mahmudov qələbə topunu vurub – 1:0.

Günün digər matçında “Sabah” “Sumqayıt”ı qəbul edib. Paytaxt təmsilçisinin üstünlüyü ilə keçən ilk yarıda meydan sahibləri hesabı açmağa da nail olub. Anatoli Nuriyev fərqlənib – 1:0. İkinci hissə də eyni ssenari ilə davam edib. Öncə Coy Lens Mikels, ardınca Kristian Sebalyos adlarını tabloya yazdırıblar – 3:0.

Qeyd edək ki, tura yekun vurulacaq. Son matçda “Turan” “Qəbələ”ni qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.08.2022

Növbəti yazı

“Mançester Siti”də ikinci dəfə: Aquerodan sonra