“Neftçi” və “Kəpəz”dən böyükhesablı qələbə

“Neftçi” və “Kəpəz”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu keçirilib. Hər iki matçda böyükhesablı nəticə qeydə alınıb.

“Kəpəz” evdə “Səbail”i üç cavabsız qolla üstələyib. Abdullaye Şuaybunun dubl etdiyi matçda Fərid Nəbiyev bir dəfə fərqlənib.

“Neftçi” isə səfərdə “Zirə”yə eyni hesabla qalib gəlib – 3:0. Yeqor Boqmolskinin hesabı açdığı qarşılaşmada Qodsvey Donyo və Emin Mahmudov da rəqibi məyus edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1Qarabağ10100031-730
2Sabah1191126-928
3Neftçi1281324-1225
4Zirə1261515-2019
5Qəbələ1152415-1117
6Turan Tovuz114349-1315
7Səbail1224611-1710
8Kəpəz1222810-268
9Şamaxı110475-164
10Sumqayıt120482-174

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 10 qol, Musa Qurbanlı (“Qarabağ”) – 8 qol, Coy Lens Mikels (“Sabah”) – 7 qol

ETOPAZ

Əvvəlki yazı

Depay planı

Növbəti yazı

Bounsdan rekord