“Neftçi” və “Gəncə” yarımfinalda

“Neftçi” və “Gəncə” yarımfinalda

Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Mərhələnin son günündə iki matç baş tutub.

Hər iki görüş Bakı İdman Sarayında keçirilib.

“Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək.

“Sabah” isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.

Azərbaycan kuboku
1/4 final
12 mart
16:00. “Sərhədçi” – “Gəncə” – 89:94 (22:25, 21:29, 16:20, 30:20)

Bakı İdman Sarayı

19:00. “Sabah – “Neftçi” – 81:85 (21:17, 21:32, 16:21, 23:15)
Bakı İdman Sarayı

ETOPAZ

Əvvəlki yazı

Millimizin rəqibləri bəlli oldu

Növbəti yazı

“Neftçi”nin futbolçusu Monteneqro yığmasında