“Neftçi” Tovuzdan qələbə ilə dönür

“Neftçi” Tovuzdan qələbə ilə dönür

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib. Bu gün artıq ilk matç keçirilib.

”Neftçi” “Kəpəz”in qonağı olub. Görüş “ağ-qaralar”ın üstünlüyü şəraitində keçib. Hesab ilk yarıda açılıb. Ağadadaş Salyanskiy fərqlənib.

“Neftçi” ikinci hissədə daha bir qol vurub. Yuri Matias Emin Mahmudovun ötürməsində topu qapıdan keçirib. Qonaqlar səfərdən qələbə ilə dönüblər – 2:0.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Romao “Qarabağ”ı tərk etdi

Növbəti yazı

Günün kuponu – 06.02.2025