“Neftçi” Şamaxıdan 3 xalla qayıdır
Azərbaycan Premyer Liqasında XXIX tur davam edir. Bu gün daha bir matç keçirilib.
”Şamaxı” “Neftçi”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. İlk yarının sonlarında “ağ-qaralar” penalti vurmaq hüququ qazanıblar. Ramil Şeydayev dəqiq olub. Matçın sonlarında Filip Ozobiç yekun nəticəni müəyyənləşdirib – 2:0.
Qeyd edək ki, tura “Araz-Naxçıvan” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.