“Neftçi” “Sabah”ın rəqibi oldu

“Neftçi” “Sabah”ın rəqibi oldu

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Günün ikinci matçı Bakı İdman Sarayında keçirilib.

“Abşeron” “Neftçi” ilə qarşılaşıb. 

“Ağ-qaralar” ilk 2 periodda geridə olub. Buna baxmayaraq, komanda oyunda dönüş yaratmağı bacarıb və finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunlarda müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyun
29 aprel

19:00. “Abşeron” – “Neftçi” – 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

“Real”ın Tonali hədəfi