“Neftçi” – “Sabah” matçının məkanı dəyişdirildi

“Neftçi” – “Sabah” matçının məkanı dəyişdirildi

Azərbaycan Premyer Liqasında “Neftçi” – “Sabah” yeri yenidən dəyişdirilib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

III turun matçı əvvəlcədən elan olduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. Bu dəyişiklik “Zirə”nin “Neftçi”yə müraciəti, “Sabah”ın məlumatlandırılması və Peşəkar Futbol Liqasının yekun qərarı ilə baş verib.

Qəsəbə klubu “Liv Bona Dea Arena”nın ot örtüyünün Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə bunu istəyib. Konfrans Liqasının pley-off oyununda Azərbaycan futbolunun daha yaxşı infrastruktur ilə təmsil olunması məqsədilə onların istəyi qəbul olunub.

Qeyd edək ki, qarşılaşma sabah keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”də ayrılıq

Növbəti yazı

Günün kuponu – 18.08.2024