“Neftçi” – “Sabah” matçının hakimləri bəlli oldu

“Neftçi” – “Sabah” matçının hakimləri bəlli oldu

Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına təyinatları açıqlanıb. Sabah keçiriləcək matçların hakimləri bəlli olub.

“Araz-Naxçıvan” – “Qarabağ” görüşünü Elçin Məsiyev idarə edəcək. Əliyar Ağayev isə “Neftçi” – “Sabah” matçında fit çalacaq.

Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
2 aprel

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: 
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Anar Salmanov
Liv Bona Dea Arena

19:30. “Neftçi” – “Sabah”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Neftçi Arena

ETOPAZ

Əvvəlki yazı

Fernandu Santuş baş verənlərə aydınlıq gətirdi

Növbəti yazı

Flik Uilyamsı istəyir