“Neftçi” NTD-ni məğlub etdi

“Neftçi” NTD-ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub. Son oyun günündə “Neftçi” NTD ilə üz-üzə gəlib.

Görüş “ağ-qaralar”ın 106:89 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, X turda “Sərhədçi” “Sumqayıt”ı (86:83), “Naxçıvan” “Quba”nı (78:69), “Ordu” “Lənkəran”ı (84:72), “Gəncə” “Şəki”ni (78:73) “Abşeron Lions” “Sabah”ı (101:97) məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.12.2025

Növbəti yazı

“Barselona”da ciddi itki