“Neftçi” məğlub oldu, “Sumqayıt”dan qələbə

“Neftçi” məğlub oldu, “Sumqayıt”dan qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında XIII turun iki oyunu keçirilib. A qrupunda NTD və “Neftçi” qarşılaşıb.

Turun qrupdakı son görüşü Tahir Baxşiyevin komandasının qələbəsi ilə başa çatıb. Son oyunlarda inamlı təsir bağışlayan NTD rəqibini 5 top fərqilə məğlub edib.

B qrupunda isə XIII turun ilk matçı baş tutub. “Şəki” “Sumqayıt”la üz-üzə gəlib və 8 ardıcıl qələbədən sonra məğlubiyyətə üzülüb.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XIII tur

1 fevral
B qrupu

12:30. NTD – “Neftçi” – 105:100 (31:23, 20:26, 25:33, 29:18)
Sərhədçi İM

B qrupu

14:00. “Şəki” – “Sumqayıt” – 93:98 (19:21, 20:24, 30:22, 24:31)
Şəki OİK

ETOPAZ

Əvvəlki yazı

Tarixin ən yaxşı braziliyalıları

Növbəti yazı

Mimoviç “Fənərbaxça”da