“Neftçi” legioneri ilə yollarını ayırdı
“Neftçi”də daha bir ayrılıq yaşanıb. Klub futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Bunu “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb. Kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub.