“Neftçi” finalda

“Neftçi” finalda

Azərbaycan kubokunda ilk finalçı bəlli olub. Həlledici oyuna vəsiqə “Neftçi” və “Turan Tovuz” arasında dueldə müəyyənləşib.

Evdəki ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun yetirmələri üstünlüyünü qorumağa, bakılılar isə revanş üçün mübarizə aparıb. Laurentsiu Regekampfın yetirmələrinin təzyiqi yalnız matçın uzatma dəqiqələrində bəhrəsini verib. Emin Mahmudov 90+3-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. Hamının əlavə vaxtı gözlədiyi anda – 90+8-ci dəqiqədə Kenni Sayef komandasını finala daşıyan qola imza atıb – 2:0.

Bununla da “Neftçi” iyunun 3-də “Bakcell Arena”da təşkil olunacaq həlledici matça yüksəlib. 11-ci dəfə buna nail olan “ağ-qaralar”ın rəqibi sabah keçiriləcək “Səbail” – “Qəbələ” görüşündə dəqiqləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Mane “Çelsi”nin hədəfində

Növbəti yazı

Söyüncüdən yeni müqavilə