“Neftçi” fasiləyə üçüncü yollandı
Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib. Turun son günündə “Neftçi” “Kəpəz”i qəbul edib.
Qeyri-sabit mövsüm keçirən Bakı klubu matça erkən qolla başlayıb. Azər Salahlı autsayderlərdən birinin qapısına yol tapıb. İkinci hissədə Andre Sinyaşiki fərqi artırıb – 2:0.
Bu qələbə “Neftçi”yə qış fasiləsinə üçüncü sırada yollanmaq imkanı verib.
Qeyd edək ki, mövsümün ilk yarısına bu gün keçiriləcək “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.