“Neftçi” evdə xal itirdi
Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub. Bu gün 1 qarşılaşma baş tutub.
“Neftçi” ”Şamaxı”nı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 12-ci dəqiqədə qonaqların qapıçısı Rəşad Əzizli avtoqol müəllifi olub. İkinci yarı isə əyalət təmsilçisinin fəallığı ilə keçib. 56-cı dəqiqədə Amil Yunanov 11 metrlik cərimə zərbəsini qola çevirib – 1:1.