“Neftçi” derbini qazandı, Sumqayıtda qolsuz bərabərlik

“Neftçi” derbini qazandı, Sumqayıtda qolsuz bərabərlik

Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Sumqayıt” “Turan Tovuz”u qəbul edib. “Gənclik şəhəri”ndə keçirilən matçda hesab açılmayıb – 0:0.

Turun digər matçı “Bakcell Arena”da baş tutub. “Neftçi” “Zirə”ni qonaq edib. Paytaxt derbisində sevinən tərəf “ağ-qaralar” olub – 2:1.

Qeyd edək ki, turun digər görüşləri sabah və ayın 28-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Əlimizdən gələni edəcəyik”

Növbəti yazı

Fofana “Çelsi”də