”Neftçi” Çin klubunu məğlub etdi
“Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşıb.
Görüşə saat 17:00-da start verilib. Oyun Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl “Kayrat”a (Qazaxıstan) qalib gəlib – 3:0, “Piramids”lə (Misir) heç-heçə edib – 1:1.












