“Neftçi” baş məşqçisini istefaya göndərdi
“Neftçi”də ayrılıq yaşanıb. Klub baş məşqçisi Laurentsiu Regekampfı istefaya göndərib.
Bunu bakılıların mətbuat xidməti açıqlayıb. Müşahidə Şurasının qərarı ilə əsas komandanın çalışdırıcı olan Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yeni baş məşqçi yaxın günlərdə dəqiqləşəcək.