“Neftçi Arena”da qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XXVIII tur davam edir. İkinci oyun gününə “Neftçi Arena”da start verilib.
Yerli komanda “Araz-Naxçıvan”ı qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Bassala Sambu fərqlənib. Lakin çox keçmədən İssuf Paro hesabı bərabərləşdirib – 1:1.
İkinci yarıda tərəflərin səylərinə baxmayaraq, oyun bu nəticə ilə yekunlaşıb.