“Neftçi Arena”da qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Turun son matçı “Neftçi Arena”da keçirilib.
“Ağ-qaralar” “Sabah”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ikinci yarıda açılıb. Azər Salahlı avtoqol müəllifi olub. Lakin çox keçmədən Andrey Ştoqrin hesabı bərabərləşdirib – 1:1.
Bununla da, komandalar hərəyə bir xal qazanıblar.