“Neftçi Arena”da 4 qol

“Neftçi Arena”da 4 qol

Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib. İlk oyun günündə 1 qarşılaşma baş tutub.

“Neftçi” “Şamaxı”nı qəbul edib. Görüş “ağ-qaralar”ın üstünlüyü ilə başlayıb. Hesab ilk dəqiqədə açılıb. Dembo Darbo fərqlənib. Ardından Murad Məmmədov fərqi iki topa çatdırıb. Lakin qonaqlar iki top vuraraq bərabərliyə nail olub. Brahim Konate və Leroy Mikelsin qolları “Şamaxı”ya 1 xal qazandırıb.

Qeyd edək ki, tura noyabrın 10-da yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qalatasaray”da ciddi itki

Növbəti yazı

Toral Bayramov ən yaxşı adına layiq görüldü