Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
“Neftçi” – “Araz-Naxçıvan” oyununda qollu sülh
Azərbaycan Premyer Liqasında XIV turun son oyun gününə start verilib. Günün ilk matçı Bakıda baş tutub.
“Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Oyun qarşılıqlı hücumlarla keçib. Görüş qollu heç-heçə ilə başa çatıb.
İlk yarının sonlarında fərqlənən Yuri Matıas bakılıları hesabda önə çıxarıb. “Neftçi” bu üstünlüyü uzatma dəqiqələrində əldən verib. Orxan Əliyev bərabərlik qoluna imza atıb – 1:1.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq.
1 | Qarabağ | 14 | 9 | 2 | 3 | 33-13 | 29 |
2 | Zirə | 13 | 8 | 3 | 2 | 13-7 | 27 |
3 | Səbail | 14 | 6 | 4 | 4 | 22-21 | 22 |
4 | Sumqayıt | 13 | 6 | 3 | 4 | 14-14 | 21 |
5 | Araz-Naxçıvan | 14 | 6 | 3 | 5 | 16-15 | 21 |
6 | Neftçi | 14 | 5 | 4 | 5 | 15-13 | 19 |
7 | Sabah | 14 | 4 | 4 | 6 | 19-19 | 16 |
8 | Turan Tovuz | 14 | 4 | 3 | 7 | 21-22 | 15 |
9 | Qəbələ | 14 | 3 | 2 | 9 | 11-23 | 11 |
10 | Kəpəz | 14 | 2 | 4 | 8 | 7-24 | 10 |
Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 10 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol, Pedro Nuno (“Səbail”) – 5 qol