“Neftçi” “33”-də dayandı: Əbədi seriyaya son

“Neftçi” “33”-də dayandı: Əbədi seriyaya son

Azərbaycan kuboku tarixində ilk dəfə “Neftçi” 1/4 finalda iştirak etməyəcək. 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.

Bu, Azərbaycan kubokunun 1/8 finalında baş verib. Bakı klubu “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmayadək “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.

ETOPAZ

Əvvəlki yazı

Ruan Renato “Zirə”də 100-ə çatdı

Növbəti yazı

Qazaxıstan millisinin baş məşqçisi bəlli oldu