“Neftçi” 3 qolla III mərhələdə

“Neftçi” 3 qolla III mərhələdə

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Daha bir təmsilçimiz “Neftçi” də “Aris”i Bakıda qonaq edib.

Səfərdə 0:2 hesabı ilə məğlub olan komandamız “Bakcell Arena”dakı matça fəal başlayıb. Ardıcıl hücumlar quran “ağ-qaralar” ilk hissədə istəyinə çatıb. 38-ci dəqiqədə Qodsvey Donyo hesabı açıb. İkinci yarı da eyni ssenari ilə keçib. 57-ci dəqiqədə künc zərbəsindən göndərilən ötürməni Eddi İsrafilov qolla tamamlayıb – 2:0. 5 dəqiqə sonra Kenni Sayef adını tabloya yazdırıb. 3:0 hesabı ilə qalib gələn “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi” növbəti turda “Lexiya” – “Rapid” cütünün qazananı ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” avrokuboklarda mübarizəni dayandırdı

Növbəti yazı

“Zirə” “Makkabi” səddini keçə bilmədi