”Neftçi” 1/4 finalda
Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib. 1/8 final mərhələsinin ilk oyununda “Neftçi” “Lənkəran”la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan matçda “ağ-qaralar” rəqibini 86:54 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, “Neftçi”nin növbəti raunddakı rəqibi “Gəncə” komandası olacaq.












