NBA tarixinin rekordu təkrarlandı
“Leykers” NBA-da pley-offun birinci mərhələsini uğurla adlayıb. Los-Anceles klubu “Memfis”i seriyada 4:2 hesabı ilə üstələyib.
Bu, kaliforniyalıların ulduzu Lebron Ceymsin karyerasında pley-offda qalib olduğu 40-ci seriyadır. 38 yaşlı hücumçu bununla da NBA tarixinin rekordunu təkrarlayıb.
Lebrona qədər Derek Fişer də 40 seriyada qələbə sevinci yaşayıb. Ceyms bu rekordu növbəti mərhələdə yeniləyə bilər.