NBA tarixində 6-cı
“Dallas”ın basketbolçusu Luka Donçiç karyerasında 18-ci dəfə ən azı 30 xal topladığı görüşdə tripl-dabl müəllifi olub. O, “San-Antonio” ilə qarşılaşmada 32 xal, 12 ribaund və 15 ötürməyə imza atıb. Bu görüşdə Dallas təmsilçisi 123:109 hesabı ilə qalib gəlib.
Sloveniyalı ən azı 30 xal yığdığı və tripl-dabla imza atdığı oyunların sayında Mecik Conson və Larri Berd kimi əfsanələri arxada qoyub. Hər iki oyunçu 17 belə matç keçirib.
22 yaşlı ulduz bu göstəricidə NBA tarixinin 6-cısıdır. O, Uilt Çemberlen (21), Ceyms Harden (30), Lebron Ceyms (34), Rassell Uestbruk (47) və Oskar Robertsondan (106) geri qalır.