NBA tarixində 10-cu

NBA tarixində 10-cu

“Filadelfiya”nın baş məşqçisi Dok Rivers NBA-da 1000-ci qələbəsini qazanıb. Bu uğur “Çikaqo” ilə görüşə təsadüf edib. 114:105 hesablı qələbə təcrübəli mütəxəssis üçün tarixi göstərici ilə əlamətdar olub.

Rivers NBA tarixində 1000 və daha çox qələbə qazanan 10-cu baş məşqçidir. 23 mövsüm ərzində 1706 matça çalışdırıcı kimi çıxan mütəxəssis 1000 qələbə və 706 məğlubiyyətə şahid olub.

O, “Filadelfiya”ya qədər “Orlando”, “Boston” və “Klippers”ə rəhbərlik edib. Rivers 2008-ci ildə bostonlularla çempionluq sevinci yaşayıb.

ETOPAZ

Əvvəlki yazı

“İnter”dən Şkrinyara yeni təklif

Növbəti yazı

“Barselona”da itki: Fati zədələndi