NBA rekordu təkrarlandı
“Şarlott” NBA tarixinin rekordunu təkrarlayıb. Bu, “Miluoki” ilə oyunda gerçəkləşib.
“Hornets” bu matçda 138:109 hesabı ilə qələbə qazanıb. Oyunun ilk hissəsində 51:28 hesabı qeydə alınıb.
Bu, ilk hissədəki xal sayında rekordun təkrarıdır. İndiyədək yalnız “Qolden Steyt” birinci hissədə 51 xal yığmışdı. Onlar 2019-cu il yanvarın 15-də “Denver”lə görüşdə fərqlənib.