NBA-nın ən bahalı 10 klubu
NBA-nın ən bahalı klubları açıqlanıb. Ardıcıl 7-ci dəfə siyahıya “Nyu-York” başçılıq edir. Klubun dəyəri 5,8 milyard dollardır.
İlk dəfə siyahıda üç klub 5 milyardı arxada qoyub. Ümumi orta göstərici son siyahı ilə müqayisədə 13 faiz artıb.
Siyahıda sonuncu yerləri “Nyu Orlean” və “Memfis” tutur. Hər iki klubun qiyməti 1,2 milyarddır.
NBA-da 10 ən bahalı klub (milyard dollarla)
1. “Nyu-York” – 5,8
2. “Qolden Steyt” – 5,6
3. “Leykers” – 5,5
4. “Çikaqo” – 3,65
5. “Boston” – 3,55
6. “Klippers” – 3,3
7. “Bruklin” – 3,2
8. “Hyuston” – 2,75
9. “Dallas” – 2,7
10. “Toronto” – 2,48