NBA-da vaksinasiya məcburi olmayacaq
NBA-nın yeni mövsümündə basketbolçuların koronavirusa qarşı vaksinasiyadan keçməsi məcburi xarakter daşımayacaq. Oyunçuların həmkarlar ittifaqı və assosiasiya çempionatla bağlı protokol qaydalarını müzakirə edir. Həmkarlar ittifaqı məcburi vaksinasiya ilə bağlı məsələnin müzakirəsindən də imtina edib. Basketbolçulardan fərqli, hakimlər, liqanın əməkdaşları üçün məcburiyyət olacaq. Oyunçulara gəlincə, NBA-da meydana çıxacaq basketbolçuların təxminən 85 faizi vaksinasiya olunub. Assosiasiya bu prosesdən kənar qalan oyunçular üçün sərt protokol qaydaları tətbiq edəcək.