NBA-da rekord müqavilə

NBA-da rekord müqavilə

NBA təmsilçisi “Oklahoma Siti Tanders” Şey Gilces-Aleksanderlə yeni müqavilə imzalandığını açıqlayıb. Ulduz basketbolçu ilə yeni sövdələşmə 4 illik nəzərdə tutulub.

Klubun rəsmi saytından verilən məlumata görə, müqavilənin dəyəri 285 milyon dollardır. Bununla da, Şey Gilces-Aleksander NBA-da ən çox qazanan basketbolçu olub.

Qeyd edək ki, 26 yaşlı idmançının lideri olduğu “Oklahoma” 2024/2025 mövsümündə tarixində ikinci dəfə NBA çempionu olub. Basketbolçu özü isə həm müntəzəm çempionatın, həm də final mərhələsinin MVP-si seçilib.

ETOPAZ

Əvvəlki yazı

Valdas Dambrauskas: “Əlimizdən gələni edəcəyik”

Növbəti yazı

“Çelsi” finalda