NBA-da pley-off cütləri
NBA-da pley-offun bütün cütləri müəyyənləşib. Çempionluq uğrunda mübarizəni 16 komanda davam etdirəcək.
Pley-off mərhələsi aprelin 15-də start götürəcək. İştirakçılar 8 cütdə mübarizə aparacaq.
Şərq konfransı
“Filadelfiya” – “Bruklin”
“Klivlend” – “Nyu-York”
“Boston” – “Atlanta”
“Miluoki” – “Mayami”
Qərb konfransı
“Finiks” – “Klippers”
“Sakramento” – “Qolden Steyt”
“Memfis” – “Leykers”
“Denver” – “Minnesota”