NBA-da həftənin oyunçuları bəlli oldu
NBA-da həftənin oyunçuları bəlli olub. Bu ada “Dallas”dan Luka Donçiç və “Vaşinqton”dan Kristaps Porzinqis layiq görülüb.
Onlar 2022-23 müntəzəm mövsümünün 11-ci həftəsinin ən yaxşıları seçilib. Donçiç 48,7 xal, 13 ribaund və 10,7 assistlə buna layiq görülübsə, Porzinqis 24,5 xal, 8,5 ribaund və 2,5 blokla çıxış edib.