NBA-da 54 ilin rekordu
NBA-da yeni mövsümə start verilib. Açılış oyununda “Boston” “Filadelfiya”nı məğlubiyyətə uğradıb – 126:117.
“Seltiks”in liderləri Ceyson Teytumla Ceylen Braun hərəyə 35 xal toplayıb. Onlar son 54 ildə açılış oyununda hərəyə minimum 35 xal toplayan ilk cütlük kimi rekorda imza atıb.
Buna sonuncu dəfə 1968/69 mövsümündə rast gəlinib. Uilt Çemberlen və Cerri Uest “Leykers”ə 74 xal gətirib. Həmin görüşdə Cerri 39, Ult 35 xal yığıb.