Naynqolan yenidən İtaliyada
Belçika millisinin sabiq futbolçusu Raca Naynqolanın taleyinə aydınlıq gəlib. “Antverpen”in yarımmüdafiəçisi karyerasını İtaliyada davam etdirəcək.
34 yaşlı futbolçu “Spal”a keçəcək. O, B seriyası təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayacaq. Əvvəllər də İtaliyada çıxış etmiş Naynqolan “Kalyari”, “Roma” və “İnter”də oynayıb.