Naxçıvan təmsilçisi üçün 4 yoxlama matçı

Naxçıvan təmsilçisi üçün 4 yoxlama matçı

“Araz-Naxçıvan”ın 2025-2026-cı illər mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib. “Qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcəklər.

Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində keçiriləcək. “Araz-Naxçıvan” iyulun 3-də qardaş ölkəyə yola düşəcək.

Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu keçirmək planlaşdırılıb. Sparrinq-rəqiblər və tarixlər daha sonra bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”da yeni müqavilə

Növbəti yazı

Günün kuponu – 28.05.2025