“Naxçıvan” mövsümə qələbə ilə başladı
Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü bu gün bir oyunla start götürüb. A qrupunda yer alan “Neftçi” və “Naxçıvan” komandaları Bakı İdman Sarayında münasibətləri aydınlaşdırıblar.
Muxtar Respublika təmsilçisi oyuna üstün başlayıb. Üç çeyrəyi qalib başa vuran naxçıvanlılar nəticədə qələbə qazanıblar – 84:79.
Azərbaycan Basketbol Liqası
“Neftçi” – “Naxçıvan” 79:84 (21:23, 24:23, 17:23, 17:15)